Səudiyyə Ərəbistanı neft hasilatını azalda bilər, bu isə öz növbəsində dünyada neftin qiymətinin artmasına rəvac verə bilər, lakin o şərtlə ki, RF Bəşər Əsəd başda olmaqla Suriya hökumətinə dəstək göstərməkdən imtina etsin. Bu haqda New York Times adlarını açıqlamadığı Səudiyyə Ərəbistanı və amerikan məmurlarına istinad edərək yazır.
Məmurların sözlərinə əsasən, Səudiyyə Ərəbistanı rəhbərliyi son bir neçə ay ərzində Rusiya tərəfi ilə sözü gedən məsələ ilə bağlı bir neçə dəfə danışıqlar aparıb. Amma ki, məsələdə “əhəmiyyətli dərəcədə irəliləyiş” əldə etmək mümkün olmamışdır.
New York Times yazır ki, Səudiyyə məmurları öz amerikan həmkarlarına bildirib ki, neftin hasilatı vasitəsi ilə onlar Rusiyaya təzyiq edə bilər, bu isə çox güman ki, dünya bazarında “qara qızılın” qiymətinin artımına gətirib çıxacaq.
Bununla yanaşı qəzet vurğulayır ki, Səudiyyə məmurları məlumat verməyib ki, Səudiyyə Ərəbistanın təmsilçiləri hansı yolla Rusiya ilə danışıqların gedişində Ər-Riyadda neft hasilatını Suriya probleminin həlli və Rusiyanın Dəməşqə dəstək göstərməsi
New York Times vurğulayır ki, Səudiyyə Ərəbistanı OPEK-ə daxil olan ən böyük neft hasilatçılarından biridir.
Ötən ilin yayından bəri neft kotirovkaları iki dəfədən çox, bir barrelə görə 110 dollardan 50 dollara qədər azalıb. Analitiklər “qara qızılın” dəyərinin kəskin və qəfil enişini bazardakı xammal artıqlığı ilə izah edirlər. OPEK ölkələrinin noyabrın 27-də neft hasilatı ilə bağlı kvotanı bir gündə 30 milyon barrel həcmində saxlamaq qərarı isə qiymətlərdəki çöküşü daha da gücləndirdi və yeni ildə qiymətlər artıq bir barrelə görə 45 dollara düşmüşdü. Lakin yanvarın sonu və fevralın əvvəlində neftin qiymətində artım hiss olunur.
Bundan öncə Suriyanı prezidenti Bəşər Əsəd Foreign Affairs jurnalı ilə müsahibə zamanı bildirmişdi ki, Rusiya və İran, dünyada neftin qiymətinin düşməsi ilə bağlı yaşanan iqtisadi çətinliklərə baxmayaraq, Dəməşqə dəstək göstərməyə davam edəcək.