BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası arasında yaşıl enerjinin inkişafı və ötürülməsi layihəsi”ndə Səudiyyə Ərəbistanı Krallığının iştirakını təmin edən və Azərbaycanla “yaşıl enerji” əməkdaşlığını genişləndirən bir neçə sənəd imzalanıb.
Azərbaycan, Qazaxıstan və Özbəkistan prezidentlərinin iştirakı ilə Azərbaycanın energetika naziri Pərviz Şahbazov, Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev, Özbəkistanın energetika naziri Jurabek Mirzamahmudov və Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səud tərəfindən “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası, Özbəkistan Respublikası və Səudiyyə Ərəbistanı Krallığının energetika nazirlikləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində İcra Proqramı” imzalanıb.
İmzalanan digər sənədlər “Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının Energetika Nazirliyi arasında Enerji Əməkdaşlığı üzrə Yol Xəritəsi” və “Səudiyyə Elektrik Şirkəti (SEC) ilə “Azərenerji” ASC arasında elektrik enerjisi sahəsində bilik və təcrübə mübadiləsi üzrə Anlaşma Memorandumu”dur.
report
Bizi sosial şəbəkələrdən izləyin!!