Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft danışıqları baş tutub | Banco.az

Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft danışıqları baş tutub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı və Rusiya “OPEC Plus” koalisiyasının qlobal bazarlarda sabitliyi gücləndirmək üçün 2022-ci ilin oktyabrında qəbul edilmiş neft hasilatını azaltmaq qərarına sadiq olduqlarını açıqlayıblar.

Banco.az xəbər verir ki, Səudiyyə Ərəbistanının energetika naziri Əbdüləziz bin Salman və Rusiya Baş nazirinin müavini Aleksandr Novak paytaxt Ər-Riyadda görüşüb.

Görüş zamanı iki ölkə arasında münasibətlərin yaxşılaşdırılması ilə yanaşı, qlobal neft bazarının vəziyyəti və “OPEC Plus” koalisiyasının bazar sabitliyi və tarazlığını gücləndirmək üçün göstərdiyi səylər müzakirə olunub.

Rəsmilər  həmçinin qlobal bazarda sabitliyin və tarazlığın gücləndirilməsi məqsədilə iki ölkə arasında əməkdaşlığın “OPEC Plus” qrupu çərçivəsində davam etdiyinə diqqət çəkiblər.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, 5 oktyabr 2022-ci il tarixli iclasda OPEC+ ölkələri 2022-ci ilin noyabrından etibarən gündəlik neft hasilatını 2 milyon barel azaltmaq qərarına gəliblər.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et