Səudiyyə Ərəbistanı ilə Çin arasında valyuta mübadiləsi sazişi imzalanıb | Banco.az

Səudiyyə Ərəbistanı ilə Çin arasında valyuta mübadiləsi sazişi imzalanıb

Müəllif:Mehin Qasımova/Banco.az

Çin və Səudiyyə Ərəbistanı arasında ikitərəfli ticarətdə yerli valyutaların istifadəsi üçün svop sazişi imzalanıb.

Banco.az xəbər verir ki, bu barədə  iki ölkənin mərkəzi bankları məlumat yayıb.

Məlumata görə, üç illik razılaşma çərçivəsində 50 milyard yuan (təxminən 6,97 milyard dollar) riala dəyişdirilə bilər. 

Qarşılıqlı razılaşma yolu ilə uzadılma opsiyasına malik olan saziş iki ölkəyə xüsusilə dolların üstünlük təşkil etdiyi neft ticarətində yerli valyutalardan istifadə etməyə imkan verəcək. 

Qeyd edək ki, bu saziş Çin Xalq Bankı (PBoC) tərəfindən son 10 ildə imzalanmış sayca 30-cu valyuta svop sazişi idi.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram