Müəllif: Tamara Mustafayeva, Banco.az
Səudiyyə Ərəbistanı may ayında “Arab Light” markalı xam neftin rəsmi satış qiymətini (OSP) artıra bilər.
Banco.az xəbər verir ki, sənaye mənbələri bildiriblər ki, ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı Yaxın Şərq göstəricilərinin ötən ay yaxşılaşmasından sonra may ayında “Arab Light” markalı neftin rəsmi satış qiymətini (OSP) artıra bilər.
Belə ki, “Arab Light” markalı xam neftin may OSP qiyməti aprel ayından etibarən bir barel üçün 20-30 sent arta bilər.
Xatırladaq ki, Asiya neft emalı zavodlarının yüksək kükürdlü mazutdan itkiləri də azalaraq qalığın əsas hissəsini təşkil edən Səudiyyə neftinin qiymət artımına töhfə verib.
Məlumat üçün qeyd edək ki, Səudiyyə xam neft OSP-ləri adətən hər ayın 5-də dərc olunur və İran, Küveyt və İraq qiymətləri üçün tendensiyanı təyin edir.
Bizi sosial şəbəkələrdən izləyin!!