Səudiyyə Ərəbistanı Asiya və Avropa üçün neft qiymətlərini artırır | Banco.az

Səudiyyə Ərəbistanı Asiya və Avropa üçün neft qiymətlərini artırır

Müəllif - Aida İsaq, Banco.az

Ən böyük neft ixracatçısı Səudiyyə Ərəbistanı aprel ayı üzrə Asiya və Avropa bazarları üçün neft tədarükünün qiymətini artırıb. 

Banco.az xəbər verir ki, məlumata görə, Asiya üçün neftin rəsmi satış qiyməti mart ayı ilə müqayisədə 50 sent artaraq 2,5 dollara yüksəlib. Bundan başqa, Səudiyyə Ərəbistanının dövlət şirkəti olan “Saudi Aramco” aprel ayı üçün Avropanın şimal-qərbinə tədarüklərin qiymətini bir barel üçün 1 dollar artırıb. 

Qiymətlərdə qeydə alınan dəyişikliklərin Rusiyanın Ukraynada həyata keçirdiyi hərbi əməliyyatlardan qaynaqlandığı bildirilir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram