Səudiyyə Ərəbistanı Asiya ölkələrinə neft satışı qiymətini artırıb | Banco.az

Səudiyyə Ərəbistanı Asiya ölkələrinə neft satışı qiymətini artırıb

Müəllif:Mehin Qasımova/Banco.az

Səudiyyə Ərəbistanı aprel ayında Asiyaya göndəriləcək “Arab Light” markalı xam neftin rəsmi satış qiymətini (OSP) gözləntilərə uyğun olaraq artırıb.

Banco.az xəbər verir ki,Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco” Asiya bazarındakı müştərilər üçün bütün neft markaları üzrə aprel fyuçerslərinin qiymətini artırıb.

Saudi Aramco aprel ayında Asiyaya göndəriləcək Arab Light markalı xam neftin rəsmi satış qiymətini Oman/Dubay orta hesabla + 1,70 dollar/barel olaraq təyin edib. Bu rəqəm bir əvvəlki ayın rəsmi satış qiymətinin barrel üçün +1,50 dollardan bir qədər yüksək olub.

Qiymət, Səudiyyə Ərəbistanının aparıcı yüngül ərəb neftinin aprel qiymətini Asiyaya dəyişməz qoyacağı və ya barel üçün 10-20 sent artıracağı ilə bağlı bazar gözləntilərinə uyğundur.

Şimal-Qərbi Avropa üçün nəzərdə tutulan xam neft üçün aprel ayı OSP bir barel üçün 60-70 sent azaldılıb.

Bizi sosial şəbəkələrdən izləyin!

Facebook

Instagram

Telegram