Səudiyyə Ərəbistanı 866 milyon dollar borc alacaq | Banco.az

Səudiyyə Ərəbistanı 866 milyon dollar borc alacaq

Səudiyyə Ərəbistanı Maliyyə Nazirliyi tərəfindən verilən yazılı açıqlamada, investorlardın yerli pul vahidində istiqraz buraxılması tələblərinin qəbul edildiyi və 866,6 milyon dollarlıq istiqraz emissiyasına qərar verildiyi qeyd olunub.

Açıqlamada, istiqrazların 621,3 milyon dollarlıq hissəsinin 2023, 96 milyon dollarlıq ikinci hissənin 2025, 149,3 milyon dollarlıq üçüncü qisminin isə 2028-də ödənəcəyi qeyd edilib.

Maliyyə Nazirliyi, keçən ay, dövlətin ödəməsi lazım olan borclarının 2018ci ilə nisbətən 2019-da 17,7%-ə  çıxacağı proqnozunu vermişdi. Ödənməsi lazım olan borcların 2018-ci ilin sonunda 153,6 milyarda çatacağı, 2019-da isə bu rəqəmin 180,8 milyard dollara çatmasının gözlənildiyi  qeyd edilmişdi.

Ən sərfəli kredit üçün müraciət et

Dünyanın ən böyük neft ixracatçısı olan Səudiyyə Ərəbistan, ölkənin əsas gəlir mənbəyi olan neft qiymətlərində baş verən azalma səbəbilə iqtisadi çətinlik yaşayır.

Marja.az