Səudiyyə Ərəbistanı 37 milyard dollara “Boeing”dən təyyarə alacaq | Banco.az

Səudiyyə Ərəbistanı 37 milyard dollara “Boeing”dən təyyarə alacaq

Müəllif: Tamara Mustafayeva, Banco.az

Səudiyyə Ərəbistanı 37 milyard dollarlıq sifarişlə ABŞ-ın təyyarə istehsalçısı “Boeing”dən 121 təyyarə alacaq.

Banco.az xəbər verir ki, Ağ Evin sözçüsü Karin Jan Pyer Səudiyyə Ərəbistanının “Boeing”dən “787 Dreamliner” tipli təyyarə alması ilə bağlı yazılı bəyanat yayıb.

Ötən ay “Boeing”in “Air India”nın ticarət donanmasının genişləndirilməsini dəstəkləmək üçün satılan 200-dən çox təyyarə ilə tarixinin ikinci ən böyük ticarət əməliyyatını tamamladığını qeyd edən Jan Pyer bu dəfə Səudiyyə Ərəbistanı ilə təyyarə satışı ilə bağlı iki müqavilənin imzalandığını açıqlayıb.

O, ümumi dəyəri 37 milyard dollar olan iki müqavilənin icrası çərçivəsində “Boeing”in Səudiyyə Ərəbistanı üçün GENex mühərrikləri ilə təchiz edilmiş 121 ədəd “Boeing 787 Dreamliner” təyyarəsi istehsal edəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Jan Pyer həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı ilə müqavilələr 140 mindən çox yeni iş yeri təklif yaradacaq ki, bunların əksəriyyəti dörd illik universitet dərəcəsi tələb etməyəcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et