Səudiyyə Ərəbistanı 12 milyard dollarlıq istiqraz buraxıb | Banco.az

Səudiyyə Ərəbistanı 12 milyard dollarlıq istiqraz buraxıb

Müəllif:Mehin Qasımova/Banco.az

Səudiyyə Ərəbistanı 12 milyard dollarlıq istiqraz buraxıb.

Banco.az xəbər verir ki,bu barədə ölkənin Milli Borc İdarəetmə Mərkəzi məlumat yayıb.

Belə ki, Səudiyyə Ərəbistanı 2024-cü ildə ümumi məbləği 12 milyard dollar olan ilk beynəlxalq dollar istiqrazlarının buraxılışını tamamlayıb.

İstiqrazlar müxtəlif ödəmə müddətləri ilə üç tranşda yerləşdirilib: 6, 10 və 30 il. 2030-cu ildə ödəmə müddəti başa çatan altı illik istiqrazlar üçün birinci tranşın dəyəri 3,25 milyard dollar, ödəmə müddəti 2034-cü ildə başa çatan on illik istiqrazlar üçün ikinci tranşın dəyəri 4 milyard dollar, 2054-cü ildə vaxtı çatan otuz illik istiqrazlar üçün üçüncü tranşın dəyəri 4,75 milyard dollar olub.

Milli Borc İdarəetmə Mərkəzinin bəyanatında qeyd edildiyi kimi, Səudiyyə Ərəbistanının dollar istiqrazları üzrə sifarişlər kitabçası 2,5 dəfə çox olub və təxminən 30 milyard dollara çatıb. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram