Şərqi Avropa ölkələrinin kredit müraciətləri artıb | Banco.az

Şərqi Avropa ölkələrinin kredit müraciətləri artıb

Müəllif - Aida İsaq, Banco.az

Enerji böhranından sonra maliyyə problemləri artdıqca, Şərqi Avropa ölkələri daha tez-tez beynəlxalq borc bazarlarına kreditlər üçün müraciət etməyə başlayıb. 

Banco.az xəbər verir ki, bu ilin əvvəlindən region dövlətləri ümumilikdə 32 milyard dollara yaxın borc alıblar ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə üç dəfə çoxdur. Buraya Polşa, Macarıstan, Rumıniya və Şərqi Avropa regionunun digər dövlətlərinin kreditləri daxildir. Qeyd olunur ki, Ukraynanın yaxın qonşuları üçün 14 aydır yekunlaşmayan müharibənin maliyyə xərcləri artmağa davam edir. Region dövlətləri enerji resurslarının alınması və öz ordularının gücləndirilməsi üçün subsidiyaların maliyyələşdirilməsi üçün kreditlərə ehtiyac duyurlar. Eyni zamanda, Rusiya ilə münaqişənin kəskinləşməsindən sonra ölkəni tərk etməyə məcbur olan çoxsaylı ukraynalı qaçqınlara adekvat yardım göstərmək üçün də vəsait tələb olunur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram