Şərqi Afrikanın bu ölkəsində robot-ofisiantların olduğu ilk kafe açılıb | Banco.az

Şərqi Afrikanın bu ölkəsində robot-ofisiantların olduğu ilk kafe açılıb

Müəllif:Ayşən İmanova/Banco.az

Şərqi Afrikada robotların ofisiant kimi işlədiyi ilk kafe Keniyanın paytaxtında açılıb.

Banco.az xəbər verir ki, bu barədə  “Associated Press” məlumat yayıb.

"Nayrobidə artıq bir çox fərqli restoran var, ona görə də “Robot Cafe”nin qurucusu, dünyanı çox gəzmiş Məhəmməd Abbas ofisiant kimi robotlar anlayışı üzərində qərarlaşıb",- deyə restoran meneceri Con Karyuki bildirib.

Onun sözlərinə görə, Afrikada ilk robo-kafe Nigeriyada istifadəyə verilib, növbətisi isə Cənubi Sudanda olacaq, çünki bu ölkədən olan restoratorlar müəssisə açmaq üçün françayzinq alıblar. Nayrobidə daha bir neçə satış məntəqəsinin açılması planlaşdırılır.

Karyuki qeyd edib ki, kafedə dörd robot ofisiant işləyir və onlardan birinin adı Nadyadır. Müəssisədə adi ofisiantlar da çalışır, çünki robota bütün funksiyaları etibar etmək olmaz. 

Ən sərfəli kredit üçün müraciət et

O, əlavə edib ki, Tailandda alınan bir robotun qiyməti iki ofisiantın bir illik maaşına bərabərdir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram