Sərhədçilərə 18%-dən başlayan kreditlər | Banco.az

Sərhədçilərə 18%-dən başlayan kreditlər

Azər Türk Bank Sərhəd Qoşunları əməkdaşlarının peşə bayramı münasibətilə 13 avqust tarixindən etibarən  sərədçilərimiz və bütün güc strukturlarının əməkdaşları üçün kredit kampaniyasına başlamışdır.

Kampaniyanın şərtlərinə uyğun olaraq, aylıq məvacibi yaxud təqaüdü 500-700 AZN və ya daha çox olan şəxslərə Bank tərəfindən 300 manatdan 20 000 manatadək kredit təklif üdilir. Kreditin müddəti 3 aydan 36 aya qədərdir. 12 ay müddətinədək götürülən kreditin faiz dərəcəsi 18% səviyyəsində müəyyənləşdirilmişdir. Qeyd edək ki, 5000 manatadək  həcmdə kredit zaminsiz verilir.

Kampaniya 1 sentyabr tarixində bitir.

Ən sərfəli kredit üçün müraciət et

Kampaniyadan Dövlət Sərhəd Xidmətinin əmakdaşları ilə yanaşı, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti, Ədliyyə işçiləri, Prokurorluq orqanlarının və güc struktur orqanlarından təqaüdə çıxan əməkdaşları da faydalana bilərlər.

Daha ətraflı məlumatı www.azerturkbank.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.