Sərfəli manat əmanətləri təklif edən banklar - Mart 2020 | Banco.az

Sərfəli manat əmanətləri təklif edən banklar - Mart 2020

Banco.az 2020-ci ilin mart ayı üçün sərfəli şərtlərlə manat əmanəti yerləşdirə biləcəyiniz bankları araşdırıb. 

Qeyd edək ki, cədvəldə bankların 1 il müddətinə manatla yerləşdirilmiş əmanətlərə aylıq və müddətin sonunda verdikləri illik faiz dərəcələrini görə bilərsiniz. Bu siyahıya 10%-lə Amrahbank və NBCBank liderlik edir. Fevral ayı ilə müqayisədə mart ayı Muğanbank və Bank Respublika istisna olmaqla digər bankların faiz dərəcələrində dəyişiklik müşahidə olunmayıb. Muğanbankın əmanət faizləri ötən aya nisbətən 0.5% azalıb. Bank Respublikada isə martın 31-dək əmanət faizləri müddətin sonunda götürüldükdə 1% bonus əldə olunacaq. Daha ətraflı aşağıdakı cədvəldən tanış ola  bilərsiniz.

Bank

Faizlər aylıq
götürülərsə,
illik %
Müddətin
sonunda
götürülərsə,
illik %
1

Amrahbank

Lider

10 10
2

NBCBank

Müddətli

10 -
3

AccessBank**

Müddətli

9,5 10
4

Muğanbank

Meqa

9 9,5
5

AtaBank

Universal

9 10
6

Günay Bank

Müddətli

9 10
7

TuranBank

Sərvət

8,5 9
8

AGBank

Sığortalı

8,5 9,5
9

Bank BTB

Müddətli 

8,5 9,5
10

Yelo (Nikoil) Bank

Sabit

8 8,5
11

Beynəlxalq Bank

Klassik

8 8,5
12

Bank Respublika*

Müddətli 

8 8,5+1 bonus
13

Unibank

Müddətli

8 8,5
14

Bank of Baku

Dinamik

7,5 8
15

Bank VTB***

Sərfəli

7,05/7,55 7,5/8
16

Rabitəbank****

Universal

7/8 7,5/8,5
17

Bank Avrasiya

Klassik

7 8
18

AFB Bank

Əmanət

6,5 7
19

Expressbank

Klassik

6,5 7
20

Azər Türk Bank

Klassik

6,5 7
21

Kapital Bank

Kapital

6 6,5
22

ASB Bank

Əmanət

6 7
23

Xalq Bank

Müddətli

6 -
24

Ziraat Bank

Standard

5,25 6,5
25

Bank Melli İran*****

Əmanət

5 6
26

Yapı Kredi Bank

Dövrü qazanc

4 -
27

Premium Bank******

Premium 

- 8
28

Naxçıvan Bank

Müddətli

- 4

Ən sərfəli kredit üçün müraciət et

* 31 mart 2020-ci il tarixinədək vəsaitlərini “Bank Respublika”da yerləşdirən və müddətin sonunda götürən müştərilərə əlavə +1%-dək BONUS hədiyyə ediləcək.

** Müştərinin istəyinə uyğun olaraq aylıq faizlərin məbləği cari hesaba və ya xüsusi ödəniş kartına (depozit kartı) köçürülə bilər.

*** Əmanətin məbləği 50 000 AZN / 30 000 USD /  2 000 000 RUB -dən çox olduqda aylıq və müddətin sonunda illik faiz dərəcəsi uyğun olaraq 7.55% və 8% hesablanır.

**** 30 000 AZN-dək illik faiz dərəcəsi 8% (8.5%), 30 000 AZN-dən çox olduqda isə illik faiz dərəcəsi 7% (7.5%) hesablanır.

***** Əmanətin minimum məbləği 5000 AZN-dir.

****** Premium Bankda əmanət yerləşdirmək üçün ilkin məbləğ 20000 AZN olmalıdır.

PAŞA Bankın müştəriləri üçün minimum əmanətin məbləği 20 000 AZN (regionlarda 15 000), digər müştərilər üçün isə bu hədd 30 000 AZN-dir (regionlarda 20 000). Faiz dərəcəsi isə əmanətin miqdarı, müddəti, faizlərin alınmasından asılı olaraq dəyişir.

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et