Sərfəli depozit axtarışında | Banco.az

Sərfəli depozit axtarışında

“Pulları hansı banka qoymaq” bu gün hamını narahat edən suallardan biridir.  Bu gün bütün banklarda əmanət məhsulları vardır. Amma hansı bankı və hansı xüsusiyyətlərə görə seçmək bəzən böyük bir dilemma kimi görünür.

  1. Depozitləri seçərkən əksəriyyət ilk növbədə depozit faizlərinə fikir verir.

Ən yüksək faizli depozitləri buradan tapa bilərsiniz.

 

Yüksək faizli

2. İkinci vacib məqam depozit əmanətinin artırılmaq imkanıdır. Bəzi banklar bu baxımdan heç bir məhdudiyyət tətbiq etmir.

Amma istisnalar da vardır: Məsələn Bank of Baku-nun təklif etdiyi Dinamik əmanəti faizlər də daxil olmaqla bir çox şərtlər baxımından sərfəlidir.

  • Əmanətin minimal məbləği 100 manat
  • Əmanəti aylıq artırmaq imkanı (minimal artım 100 AZN)
  • İllik faiz (müddətin sonunda götürülərsə) 11%
  • Əmanəti azaltmaq imkanı.

Lakin müddətin yarısından sonra əmanətin artırılmasına icazə verilmir:

Daha bir əmanət növü isə AtaBankın “Yığım” əmanətidir.

  • Əmanətin minimal məbləği 1000 manat,
  • aylıq artırmaq imkanı (minimal artım 200 AZN)
  • İllik faiz (müddətin sonunda götürülərsə) 9,5%
  • Əmanəti azaltmaq mümkün deyil.

Lakin əmanətin artırılan məbləği depozitin ilkin məbləğinin 3 mislindən çox ola bilməz, həmçinin Son 6 ayda əlavə olunacaq məbləğ üçün AZN/USD üzrə illik faiz dərəcəsi - 8%, EUR üzrə isə -3% hesablanır.

Hər bir bank məhsulu üzrə bu kimi spesifik xüsusiyyətlər olur və əmanəti yerləşdirərkən bu xırdalıqlar barədə əməliyyatçıdan məlumat almaq lazımdır.

Unibank və AccessBankda isə yığım əmanətini öncədən müəyyənləşdirilmiş plan üzrə artırdıqda, müvafiq olaraq 2% və 1% bonus qazanmaq olur.

Əmanətləri seçərkən daha nələrə fikir vermək lazımdır?

  1. Əmanəti onlayn artırmaq və idarə etmək imkanı (internet bankinq və ya ayrılıqda “depozitin onlayn artımı”)
  2. Əmanətin “Cash in” cihazları və ödəniş terminalları ilə artırılması imkanları.
  3. Əmanəti girov qoymaqla verilən kreditin şərtləri (kredit faizləri əmanət faizlərindən neçə faiz yüksək olur, əmanətin neçə faizi qədər kredit verilir).

Adətən yığım əmanətində faizlər müddətin sonunda əsas məbləğlə birlikdə götürülür. Çünki bu məhsul məhz məbləğin artımına hesablanır.

Yüksək faizli əmanət məhsullarında isə siz əsasən faizlərə diqqət yetirirsiniz. Faizlərin aylıq və ya rüblük, həmçinin illik əldə etmək şansları vardır. Müddətin sonunda götürülən depozitlə müqayisədə faizlər aylıq və ya rüblük verildikdə illik faiz miqdarı daha aşağı olur.

  •       Bu zaman faizlərin toplanması üçün ayrılıqda kart hesabı açılır və faizlər bank tərəfindən sizə təqdim olunmuş karta köçürülür. Sizin, kart vasitəsi ilə faizlərdən istifadə etmək imkanınız olur.
  •       Bu, əmanət məbləği yüksək olan müştərilərə daha çox sərf edir.
  •       Belə məbləği yerləşdirərkən mütləq depozitin sığortalı olmasına, faizlərin kart hesabına köçürülməsinə diqqət edin.
  •       Həmçinin kartdan nağd vəsait çıxardıqda nağdlaşdırma faizi tutularsa, bu zaman siz itkiyə yol vermiş olacaqsınız.
  •       Növbəti addım olaraq, məbləğin vaxtından əvvəl götürüldüyü təqdirdə depozit faizlərinin hansı hissəsini itirəcəyiniz ilə maraqlana bilərsiniz.

Əgər banka depozit yerləşdirməyinizə  rəğmən pulları istənilən an çıxarmağı düşünürsünüzsə və bununla yanaşı  faizi itirmək istəmirsinizsə onda təmiz fərqli bir məhsul seçməyiniz tövsiyə olunur.

Məsələn: Unibankın Proqressiv əmanəti:

Bu zaman sizin illik faiz dərəcəniz əmanəti bankda hansı müddətdə saxlamğınızdan asılı olaraq müəyyən olunacaq. (Manatla yerləşdirilən depozitdə, minimal məbləğ 200 AZN, faizlər müddətin sonunda götürülür). Müddətdən asılı olaraq, aşağıdakı faizləri əldə edəcəksiniz.

Müddət

1-30 gün

31-90 gün

91-180 gün

181-271 gün

272-364 gün

365 gün (12 ay)

 Faiz

  0%

3% 4%

6%

7%

 9%

Ən sərfəli kredit üçün müraciət et

AccessBankın Əlverişli əmanət məhsulu da bu baxımdan maraqlıdır.

Əmanəti istənilən zaman artırmaq və zəruri hallarda, ondan müəyyən məbləği çıxarmaq imkanınız var,  bir şərtlə ki, depozit hesabında 50 manat qalmış olsun; Yəni məbləği nə qədər azaltsanız da orada 50 AZN qalmalıdır (manatla yerləşdirilən depozitdə). Bu növ əmanətdə nə minimal, nə də maksimal müddət yoxdur;

İllik faiz dərəcəsi həmin hesabdakı gündəlik balans məbləğinə toplanır; bu məhsul üzrə faiz dərəcəsi 6%-dir. Faizlər hər ayın sonunda həmin depozit hesabına toplanır; Əgər Müştəri həmin əmanət növünə toplanan və yatırılan faizləri çıxarmazsa, o halda növbəti aylarda həmin faizlərin üzərinə də faizlər toplanacaq, yəni faizlərin kapitallaşdırılması baş verəcək;

Nəzərə alın ki, faizləri 10%-ə qədər olan və məbləği 30 min manata qədər olan əmanətlər Əmanətlərin sığortalanması fondu tərəfindən sığortalanır. Lakin depoziti yerləşdirdiyiniz bankın nüfuzunu nəzərə alaraq, daha yüksək faizli məhsul seçmək sizin öz əlinizdədir.

Könül Soltanova/Banco.az