Müəllif - Aida İsaq, Banco.az
Serbiyada zəruri ərzaq məhsullarının qiymətlərinə dövlət nəzarətini gücləndirilib.
Banco.az xəbər verir ki, bu siyahıya şəkər, un və günəbaxan yağı daxildir. Belə ki, bitki yağının qiymətinin litri 219,99 dinar, dənəvər şəkərinin kiloqramı üçün 114,99 dinar, unun kiloqramı üçün isə 84,7 dinar səviyyəsi müəyyənləşdirilib.
Nazirlər Kabinetinin məlumatına görə, bu addım ölkədə əsas ərzaq məhsullarının bahalaşmasının mənfi nəticələrini aradan qaldırmaq üçün atılıb.
Qeyd edək ki, ölkə hakimiyyəti bundan öncə də, digər məhsulların qiymət səviyyəsinin müəyyən edilməsini nəzarətə götürmüşdü. Eyni zamanda, yerli hakimiyyət orqanlarının tələblərinə uyğun olaraq, tədarükçülərə tədarük həcmini azaltmaq qadağan edilib.
Qanuna tabe olmayanları isə 100-2 milyon dinara (850-17 min avro) qədər cərimə gözləyir.
Bizi sosial şəbəkələrdən izləyin!!