Serbiya Fransadan 12 “Rafale” qırıcısı alacaq | Banco.az

Serbiya Fransadan 12 “Rafale” qırıcısı alacaq

Müəllif:Ayşən İmanova/Banco.az

Serbiya Fransa ilə 2,7 milyard avro dəyərində 12 yeni “Rafale” döyüş təyyarəsi almaq üçün müqavilə imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə ölkə Prezidenti Aleksandr Vuçiç bildirib.

Onun sözlərinə görə, bu döyüş təyyarələri Serbiya Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin artırılmasına mühüm töhfə verəcək.

Razılaşma Serbiyanın 2006-cı ildə müstəqillik qazanmasından bəri ən böyük silah transferi olub.

Qeyd olunub ki, “Rafale” qırıcılarının alınması Serbiyaya əsasən Sovet istehsalı olan MiQ-29 qırıcılarından və köhnə Yuqoslaviya döyüş təyyarələrindən ibarət hava qüvvələrini modernləşdirməyə imkan verəcək.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et