Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır | Banco.az

Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır

Serbiya 2023-cü ilin əvvəlindən Azərbaycandan elektrik enerjisi almağı planlaşdırır.

Bu barədə Serbiyanın mədən və energetika naziri Dubravka Cedoviç "Vecerniye novosti" qəzetinə müsahibəsində deyib.

"Bütün ilkin şərtlər yerinə yetirilərsə, Serbiya yanvar ayından Azərbaycandan elektrik enerjisi idxalına başlamalıdır. Azərbaycandan elektrik enerjisinin Türkiyə və Bolqarıstan vasitəsilə ötürülməsi ilə bağlı qalan məsələlərlə bağlı danışıqlar aparılır", - Cedoviç qeyd edib.

Qeyd edilir ki, 2022-ci il avqustun 21-də Azərbaycan və Serbiya prezidentləri İlham Əliyev və Aleksandr Vuçiç arasında telefon danışığından sonra Serbiya dövlət başçısının ofisi Belqradın Azərbaycandan sərfəli şərtlərlə elektrik enerjisi ala biləcəyini bəyan edib.

Ən sərfəli kredit üçün müraciət et

report.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et