Sentyabrda təqdim ediləcək iPad modellərinin fotoşəkilləri internetdə yayıldı | Banco.az

Sentyabrda təqdim ediləcək iPad modellərinin fotoşəkilləri internetdə yayıldı

Tamara Mustafayeva, Banco.az

Apple firması tərəfindən bu il təqdim ediləcəyi gözlənilən yeni iPad modellərinə aid fotoşəkillər internetdə yayılıb. İddialara görə, yeni iPad sentyabr ayında istifadəçilərin bəyənisinə təqdim ediləcək.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Apple firmasının bu il üç yeni iPad modelinin hazırlığında olduğu bildirilir. Belə ki, Apple bu il 2 fərqli ölçüdə iPad Pro və iPad Mini modellərini təqdim edəcək.

Qeyd edək ki, şirkətdən hələ rəsmi məlumat verilməsə də, sözügedən təqdimat mərasiminin sentyabr ayında baş tutacağı ehtimal edilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram