Sentyabrda qlobal neft hasilatı artıb | Banco.az

Sentyabrda qlobal neft hasilatı artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Bu ilin sentyabr ayında qlobal neft hasilatı əvvəlki ayla müqayisədə gündəlik 270 min barel artaraq 101 milyon 570 min barelə çatıb.

Banco.az xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) hesabatında qeyd edilib.

Qurumun məlumatına görə, ötən ay Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) gündəlik xam neft hasilatı iyulla müqayisədə 240 min barel artaraq 28 milyon 210 min barelə yüksəlib. 

Hesabat ayında OPEC üzvü olmayan ölkələrin gündəlik neft hasilatı isə 20 min barel artaraq təxminən 67 milyon 790 min barrelə çatıb. Bu artımda Nigeriya və Qazaxstanda hasilatın yüksəlməsi təsirli olub.

Qeyd edilib ki, İsrail-Fələstin münaqişəsi Yaxın Şərq nefti üçün riskləri artırır: "Lakin bu, tədarükə heç bir təsir göstərmir. Gözlənilməz fasilələr istisna olmaqla, qlobal neft hasilatı bu ilin son rübündə gündəlik orta hesabla 101 milyon 300 min barel səviyyəsində olacaq". 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram