Sentyabrda icbari avtosığorta üzrə ödənişlər artıb | Banco.az

Sentyabrda icbari avtosığorta üzrə ödənişlər artıb

Bu ilin sentybar ayı ərzində İcbari Sığorta Bürosunun elektron informasiya sistemində “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 2 475 sığorta tələbi qeydiyyata alınıb. 

Bu barədə İcbari Sığorta Bürosundan məlumat verilib.

Məlumata görə, bu tələblər üzrə 2,8 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib. Bu isə illik müqayisədə 55,6% çoxdur.

Ən sərfəli kredit üçün müraciət et

Bu ilin sentybar ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 112 manat təşkil edib. Ötən ilin sentyabr ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 50% artım müşahidə olunub.

Mənbə : report.az