Sentyabr ayında MDB ölkələrinə ixrac edilən məhsulların həcmi artıb | Banco.az

Sentyabr ayında MDB ölkələrinə ixrac edilən məhsulların həcmi artıb

Bu ilin sentyabrında Azərbaycandan MDB ölkələrinə 55 milyon 563 min ABŞ dolları dəyərində məhsul ixrac edilib. Dövlət Gömrük Komitəsindən bildirilib ki, ötən ay Azərbaycanın MDB ölkələrindən idxal etdiyi məhsulun dəyəri isə 318 milyon 411 min dollar olub.

Ən sərfəli kredit üçün müraciət et

Hesabat dövründə ixrac edilən məhsulun 7.509 tonu hava nəqliyyatı ilə daşınıb. Komitədən verilən məlumata görə, keçən ay bu nəqliyyat növü ilə idxal olunan yüklərin həcmi 1.199 ton olub.

Ən sərfəli krediti almaq üçün müraciət et