Sentyabr ayında maliyyə bazarına çıxan banklar | Banco.az

Sentyabr ayında maliyyə bazarına çıxan banklar

Məcmu Kapital tələbini yerinə yetirməyə çalışan banklar vəsait cəlb etmək üçün qiymətli  kağızlar bazarına üz tutur. Sentyabr ayında bu niyyətlə QKDK-ya müraciət edən bankların sayı dörd olmuşdur.

Qeyd edək ki, Mərkəzi Bankın verdiyi möhlət müddətinin başa çatmasınan cəmi 3 ay qəlır.

AFB Bank

02 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "AFB Bank" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1265 manat olan 8445 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1005008599 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Qafqaz İnkişaf Bankı

04 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Qafqaz İnkişaf Bankı" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 1 manat olan 7 000 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1001005961 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Ən sərfəli kredit üçün müraciət et

Günay Bank

04 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Günay Bank" açıq səhmdar cəmiyyətinin kütləvi təklif üsulu ilə yerləşdiriləcək hər birinin nominal dəyəri 4 783 manat olan 10450 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1002000169 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.

Bank Avrasiya

25 sentyabr 2014-cü il tarixdə Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən "Bank Avrasiya" açıq səhmdar cəmiyyətinin hər birinin nominal dəyəri 2 000  manat olan 20 000 ədəd adi sənədsiz adlı səhmlərinin buraxılışı AZ1004006891 qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.  Səhmlər "Bank Avrasiya"  açıq səhmdar cəmiyyətinin qeydiyyat nömrəsi AZ1003006892 və hər birinin nominal dəyəri 1 500 manat olan 20 000 ədəd adi adlı sənədsiz səhmlərinə konvertasiya yolu ilə yerləşdiriləcək.

Ən sərfəli krediti almaq üçün müraciət et