Şençjendə iPhone istehsalı dayandırıldı – SƏBƏB | Banco.az

Şençjendə iPhone istehsalı dayandırıldı – SƏBƏB

Apple-ın ən böyük iPhone istehsalçısı olan Foxconn-də qərar verilib ki, Şençjendəki işçilər işə gəlməsinlər. Şirkət, eyni zamanda qoruyucu maskalar da istehsal etməyə başlayıb. Qoruyucu vasitənin işçilərə paylanacağı vurğulanıb. Bu addımın koronavirusa qarşı atıldığı bildirilib.

Çin şirkətindən yayılan açıqlamada "hamının sağlamlığını qorumaq və hökumətin təhlükəsizlik üçün həyata keçirdiyi qabaqlayıcı tədbirlərə dəstək üçün işçilərimizə Şençjenə qayıtmamaları təlimatını vermişik" ifadələri yer alıb.

Məlumatda deyilir ki, işçilər yeni xəbərdarlıq olmadığı təqdirdə fevralın 10-dək işə başlamayacaqlar.

Ən sərfəli kredit üçün müraciət et

Foxconn hələlik ciddi risk altında olmayan şəhərlərdə iPhone istehsalına davam edir.

Açıqlamada o da qeyd olunur ki, ictimaiyyət vəziyyət barədə məlumatlandırılacaq. Bu müddətdə hamının hüquq və mənfəətləri qorunacaq. Yüz minlərlə işçiyə sahib şirkətdə koronavirusa qarşı qorunmaq üçün ay sonuna qədər iki milyon maska istehsalı hədəflənib.

Bütün qabaqlayıcı addımları atmağa çalışan zavod rəhbərliyi əyalət xaricindən qayıdan əməkdaşların da 14 gün boyunca karantində qalmasını təmin edəcək.

Ted.az

Ən sərfəli krediti almaq üçün müraciət et