Sənaye sahəsində fəaliyyət göstərən KOB-ların məhsul və xidmətləri “CASPINDEXPO 2019” Sərgisində | Banco.az

Sənaye sahəsində fəaliyyət göstərən KOB-ların məhsul və xidmətləri “CASPINDEXPO 2019” Sərgisində

Kiçik və orta biznes subyektləri öz məhsul və xidmətlərini bu gün Bakı İdman Sarayında öz işinə başlamış 2-ci Beynəlxalq Sənaye Sərgisində (“CASPINDEXPO 2019”) nümayiş etdirir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə sənaye sahəsində fəaliyyət göstərən KOB-lar üçün ayrılmış xüsusi stenddə bağ, ev və ofis mebelləri, alüminyum və plastik qablar, streç və folqalar, kağız və karton çantalar, istixana konstruksiyaları və aksesuarları, dəmir və taxta məmulatlar, işıq dirəkləri və s. məhsullar, eləcə də sənaye avadanlıqlarının təmiri və quraşdırılması xidməti təqdim edilir.

Ən sərfəli kredit üçün müraciət et

Sərgi çərçivəsində KOB-lar sərgi ziyarətçilərinə öz məhsul və xidmətlərini  təqdim etməklə yanaşı, yerli və xarici şirkətlərlə əlaqələr qurur, əməkdaşlıq və satış imkanlarına dair müzakirələr aparırlar.

Noyabrın 8-dək davam edəcək “CASPINDEXPO 2019” Sərgisində Azərbaycan şirkətləri ilə yanaşı, bir sıra ölkələrin sənaye sahəsində fəaliyyət göstərən şirkətləri də təmsil olunur. 

Ən sərfəli krediti almaq üçün müraciət et