Sənaye istehsalı 4,7% azalıb | Banco.az

Sənaye istehsalı 4,7% azalıb

Sənaye sahəsində fəaliyyət göstərən müəssisələri və fərdi sahibkarlar tərəfindən bu ilin yanvar-noyabr aylarında 33,7 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,7% az sənaye məhsulu deməkdir.

Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, bu azalma neft-qaz sektorunda məhsul istehsalının 6,4%  azalması hesabına baş verib. Sənayenin qeyri neft-qaz sektorunda isə məhsul istehsalı 11,4% artıb.

Sənaye məhsulunun 60,7%-i mədənçıxarma sektorunda, 33,2%-i emal sektorunda, 5,2%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,8% azaldığı halda, əmtəəlik qaz hasilatı 6,4% artıb.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 9,4 dəfə, metallurgiya sənayesi məhsullarının istehsalı 86,6%, kompüter, elektron və optik məhsulların istehsalı 51,2%, sair nəqliyyat vasitələrinin istehsalı 47,5%, ağacın emalı və ağacdan məmulatların istehsalı 42,1%, geyim istehsalı 41,5%, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 41,2%, kağız və karton istehsalı 37,7%, tütün məmulatlarının istehsalı 27,1%, tikinti materiallarının istehsalı 24,6%, rezin və plastik kütlə məmulatlarının istehsalı 21,7%, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 20%, kimya sənayesi məhsullarının istehsalı 19,5%, elektrik avadanlıqlarının istehsalı 17,2%, toxuculuq sənayesi məhsullarının istehsalı 9,6%, maşın və avadanlıqların istehsalı 8%, hazır metal məmulatlarının istehsalı 4,2% artmış, qida məhsullarının istehsalı 1%, neft məhsullarının istehsalı 1,8%, poliqrafiya məhsullarının istehsalı 3,2%, içkilərin istehsalı 10,3%, mebel istehsalı 25,2%, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 44% azalıb. 

Ən sərfəli kredit üçün müraciət et

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 8% artıb, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,9% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et