Senat ABŞ-ın "borc limiti" qanun layihəsini təsdiqləyib | Banco.az

Senat ABŞ-ın "borc limiti" qanun layihəsini təsdiqləyib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Senatı borc limitini artırmaqla bağlı qanun layihəsini təsdiqləyib.

Banco.az xəbər verir ki, Ağ Evlə Respublikaçılar arasında uzun müddətdir ki, davam edən danışıqlardan sonra razılaşdırılan və Nümayəndələr Palatası tərəfindən 117 əleyhinə 314 lehinə səs çoxluğu ilə qəbul edilən Maliyyə Məsuliyyəti Qanun layihəsi Senatda da səsverməyə çıxarılıb.

Senat 10-dan çox düzəliş təklifini rədd etsə də, qanun layihəsi 63 “lehinə” və 36 “əleyhinə” olmaqla qəbul edilib.

Borc limitinin 2025-ci il yanvarın 1-dək təxirə salınmasını nəzərdə tutan qanun layihəsi qüvvəyə minməsi üçün ABŞ prezidenti Co Baydenin imzasına təqdim ediləcək.

Ən sərfəli kredit üçün müraciət et

Bununla da, borc limitinin artırılması federal hökumətin nağd pul çatışmazlığı ilə üzləşməsinin və defolt vəziyyətinə düşməsinin qarşısını alacaq.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram