Bu kartlar sizə dünyanın hər yerinə daha rahat səyahət etmək imkanı yaradır. Söhbət bütün dünyada populyarlığı ilə seçilən Miles kartlarından gedir.
Bonus proqramlarının və bank kartlarının səyahətçilər arasında populyarlığı heç də təsadüfi deyil. Belə koobrendinqin yaradılmasının məğzi sadədir – banklar səyahət edilən hər milə görə müştəriləri ballarla mükafatlandırır. Bu sxemi ilk dəfə təcrübədən keçirənlərdən biri isə 1980-ci illərdə American Airlines kompaniyası olub, sonra rəqiblər də ideyanı ələ keçirdi.
Zaman keçdikcə tərəfdaş banklar avia-şirkətlərə qoşuldu, onlar səyahət edənlər üçün xüsusi kart buraxır, kartla edilən alış-verişə görə müxtəlif millər qazanmaq olur. Bəzi kartlar isə həm də duty-free-də alış-veriş endirimi, rouminq tərəfdaşı olan operatorlar ilə danışıq dəqiqələri, hava-limanında yoxlanışdan və qeydiyyatdan (check in) sürətli keçid imkanı, aeroportdakı restoran və kafelərdə endirim və s imkanlar təklif edir.
Bundan əlavə, bir çox banklar müştərilərin diqqətini cəlb etmək üçün hələ kartın açılışı zamanı bonus millər verir, bu isə start üçün heç də pis deyil.
Avia milləri olan kartlarla çox ehtiyatlı davranmaq lazımdır ki, kart rahat maliyyə aləti əvəzinə sizin büdcəniz üçün problemə çevrilməsin. İlk növbədə belə kartlar üzrə verilən kreditlərin faizləri adətən digər kartlarla müqayisədə daha yüksək olur. Ikincisi, grace period – güzəşt müddətinin şərtlərinə diqqət yetirmək lazımdır. Məsələn, güzəşt müddətinin nağdlaşdırmaya şamil edilmədiyi hallar ola bilər.
Ikincisi, avia milli kartladan maksimal faydanı – nağdsız ödənişlərə öyrəşmiş və tez-tez hava nəqliyyatından istifadə edən müştərilər əldə edə bilər. Digərləri üçün isə bu, sadəcə əlavə bir mükəlləfiyyətə çevrilə bilər. Çox vaxt toplanmış millər 1-3 il ərzində istifadə üçün nəzərdə tutulur. Ona görə də əmin olun ki, bank tərəfindən sizə təqdim olunan kartın şərtləri və ya millərin pulla əvəz edilməsi məzənnəsi sizi qane edir.
Azərbaycanda belə xidmət təklif edən Banklardan biri "Bank Silk Way"-dir.
Məsələn Siz Visa Classik Miles almaqla bunları əldə edirsiniz:
– Kartdan ilk istifadə zamanı Sizə 200 mil hədiyyə olunur
– Siz Visa Classic kartla ödənilən hər 240 manata görə
100 mil toplayırsınız.
Lazımi balları toplayaraq Siz əldə edəcəksiniz:
– 23 kq çəkidə 1 bagaj vahidi
(biznes sinif 32 kq) baqajın pulsuz daşınması;
– xidmət sinifinin “Y” sinifindən “A” biznes sinifinə pulsuz artırılması
Kartın qiyməti iki illik 40 azn, 3 illik 50 azn.
Miles kartlarının digər yaratdıqları üstünlüklər ilə aşağıdakı linkdə tanış ola bilərsiniz
Siz bu kartlarla gündəlik alış-veriş xəclərinizi ödəyə, əvəzində Azərbaycan hava yollarından pulsuz uçuşlar qazana bilərsiniz.