Müəllif:Ayşən İmanova/Banco.az
“OpenAI”nin baş direktoru Sem Altman ildə cəmi 65 min dollar maaş alır.
Banco.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
86 milyard dollar dəyərində bir şirkətdə nisbətən aşağı maaş almasına baxmayaraq, 39 yaşlı Altmanın ən azı 2,8 milyard dollar dəyərində aktivləri var. Bu, onun “Reddit” və “Stripe” səhmlərinin daxil olduğu geniş investisiya portfeli ilə bağlıdır.
Ümumilikdə, Altman 400-dən çox şirkətə sərmayə qoyub. O, həmçinin “JPMorgan Chase”in borc vəsaitindən istifadə edib ki, bu da ona özəl startaplara, o cümlədən “OpenAI” ilə əməkdaşlıq edənlərə yüz milyonlarla dollar sərmayə qoymağa imkan verir.
May ayında “OpenAI” “Reddit” ilə əməkdaşlığa başladı. Bunun nəticəsində şirkətin səhmləri 10%-dən çox artdı və Altmanın “Reddit”dəki şəxsi payı 69 milyon dollara çatdı. Altmanın özü bu sövdələşmədə iştirak etməyib və müqavilə müstəqil idarə heyəti tərəfindən təsdiqlənib.
“OpenAI” idarə heyəti Altmanın ardıcıl olaraq öz siyasətlərinə əməl etdiyinə və investisiyaları ilə bağlı şəffaf olduğuna inanır.
Bizi sosial şəbəkələrdən izləyin!!