Selfie vasitəsi ilə bank əməliyyatı mümkündür? | Banco.az

Selfie vasitəsi ilə bank əməliyyatı mümkündür?

Çində bankomatlar insanı üzdən tanıyacaq.

Çinli mütəxəssislər dünyada ilk dəfə standart PİN kod əvəzinə, insanı üzdən tanıma texnologiyası istifadən edən bankomat tərtib ediblər.

Bankomat Tsinxua universiteti və Tzekwan Technology kompaniyasının birgə əməkdaşlığı sayəsində yaradılıb. Qurğu müştərinin üz cizgilərinin kamera vasitəsi ilə çəkilib skan edilməsi və onların məlumat bazasındakı şəkilləri ilə tutuşdurulması texnologiyasından istifadə edir.

Ən sərfəli kredit üçün müraciət et

Tzekwan Technology-nin təmsilçisi qeyd edir ki, artıq arzu edən çin maliyyə müəssisələri bu texnologiyadan istifadə edə bilər

Baxmayaraq ki, insanı üzdən tanıyan bankomatların tətbiqi Çin bazarı üçün bir ilkdir,  biometrik texnologiya ölkənin artıq digər şirkətlərində tətbiq edilir.

Belə ki, ölkənin ən nəhəng internet mağazası olan Alibab smartfon sahiblərinə ödənişləri şelfi vasitəsi ilə təsdiqləmək imkanı verəcək.
Digər ölkələrdə, məsələn Yaponiyada şəxsiyyətin təsdiqlənməsi üçün barmaq izlərini və venaların skan edilməsi artıq geniş tətbiq olunur.