Uilyam Şekspir, şübhəsiz, dünya ədəbiyyatının ən unudulmaz şəxsiyyətlərindən biridir. O, əsərlərində insanların həm müsbət, həm də mənfi tərəflərini çox gözəl ifadə edə bilirdi. Əlbəttə, hər kəs onun əsərlərindən özü üçün dərs çıxara bilər.
Bəs, Şekspir iş həyatı və liderlik haqqında bizə nə öyrədə bilər?
Məşhur darmaturqun əsərlərində vurğuladığı liderlik haqqında tövsiyələri sizlər üçün araşdırdıq :
Niyyətiniz yaxşı deyilsə, çox istəkli olmayın.
“Machbeth” istəkləriniz yaxşı tərəflərimizə üstün gələrsə nə olacağını göstərən möhtəşəm bir tragediyadır. Əsərdə Macbeth kral Duncan’ı öldürərək taxta çıxmaq fikrində vicdanı ilə necə mübarizə apardığının şahidi oluruq. Macbeth’in istəyi vicdanına qalib gəlir və həyatı heç də yaxşı sonlanmır.
Ən pis qərar qərarsızlıqdan yaxşıdır.
Hamlet. İngilis ədəbiyyatının ən güclü və təsirli tragediyalarından biridir.
Əsərdə Hamlet atasını öldürərək taxta çıxan əmisindən intiqam almağa çalışır və bu əsnada yaşadığı qərarsızlıqlar onun üçün dəyərli olan insanı itirməsinə səbəb olur.
Müstəsna nitqə sahib olmaq.
Agincourt döyüşündə qorxmuş ingilis ordusunu güclü fransızlara qarşı cəzarətləndirmək lazım idi və bunu cılız sözlərlə etmək olmazdı.
Şekspir, V. Henry'ni bu nitqi ilə ölümsüzləşdirir. Liderlikdə hər zaman kütləni özü ilə irəli apara biləcək və onları nitqi ilə ilhamlandıracaq insanlar qalibiyyəti asanlaşdıra bilirlər.
Dediqodulara qulaq asmayın.
Othello'nun həyatında hər şey yolunda idi, o zamana qədər ki, ən yaxın çevrəsinə dediqoducu insanları daxil edir. Köməkçisinin yalanlarını dinləyən qəhrəman sonda etdiyi səhvlərə görə özünü bağışlaya bilmir və intihar edir.
Daxili səsinizi dinləməyi bacarmalısınız.
Sezar'ın içində Cassius'a dair pis bir hiss vardı. "Çox düşünür. Belə insanlar təhlükəlidir."
Sezar daxili səsini dinləmədi və özünü suiqəsd planının içində tapdı.
Güc sənin əlindədirsə, bağışlamağı bacar.
Venesiya Taciri'ndə Şekspir bağışlayan olmağın necə önəmli olduğundan bəhs edir.