Səhmlərdən əldə olunan gəlirlərin formaları | Banco.az

Səhmlərdən əldə olunan gəlirlərin formaları

Səhm – sahibinə səhmi buraxan şirkətin, gəlirinin bir hissəsini almaq (dividend) və şirkətin idarə olunmasında iştirak etmək hüququ verən pay qiymətli kağızıdır.

Gəlirin bir hissəsini pay şəklində əldə etmək deyərkən şirkətin mənfəətinin müəyyən bir hissəsi olan dividend nəzərdə tutulur. Bu səhmin qiymətindən və dəyərindən asılı olaraq dəyişir.

Bəs şirkətlər satdıqları səhmə görə həmin səhmdarlara bu dividendi hansı formada verir?

Səhmlərə görə təklif olunan dividendlərin 3 forması var:

  1. Sabit dividend modeli
  2. Sabit artan dividend modeli
  3. Supernormal artım modeli.

Sabit dividend modelində dividend sabit olaraq qalır və dəyişmir. Bu növ səhmlərdə illər keçsə də dividendlər sabit qalır, səmdarlar hər zaman eyni məbləğdə dividend alırlar.

Ən sərfəli kredit üçün müraciət et

Sabit artan dividend modelində dividendlər hər ödəniş dövründə müəyyən faiz artır. Bu faizlər əvvəlcədən müəyyənləşdirilmiş sabit faiz dərəcəsidir və hər dəfə bir öncəki dividendə əsasən hesablanır. Yəni, dividend hər ödəniş müddətində həmin faiz qədər artır.

Supernormal artım modeli. Bu dividend modelində artım qanunauyğun olmur. Artım modeli özündə həm sabit dividend, həm də sabit artan dividend modelini birləşdirə bilər. Bəzi hallarda isə şirkət səhmdarlarına bir neçə il dividend ödəmir, sonra isə gəlirindən asılı olaraq dividendin artım faizini yüksək həddə çatdırır. Sonda isə yenə, normal sabit artım faizinə keçir.

Ən sərfəli krediti almaq üçün müraciət et