"Səhmlər 20 faizədək ucuzlaşa bilər" | Banco.az

"Səhmlər 20 faizədək ucuzlaşa bilər"

ABŞ-ın aparıcı hedc fondu rəhbərlərindən David Tepper, ABŞ ilə Çin arasındakı ticarət əlaqələrinin daha da pisləşməsi halında səhmlərdə kəskin şəkildə ucuzlaşma ola biləcəyini söyləyib.

CNBC-yə müsahibə verən Tepper, "Əgər dünyanın iki böyük iqtisadiyyatı arasında ticarət gərginlikləri daha da artarsa səhmlər 5-20 faiz dəyər itirə bilər" - deyib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ABŞ və Çin bir-birlərinə qarşılıqlı gömrük rüsumları tətbiq edirlər. "Ticarət müharibəsini" ABŞ Prezidenti Donald Tramp elan edib.

Marja.az