14 iyul 2015-ci il tarixində “Qiymətli Kağızlar Bazarı haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.
Banco.az xəbər verir ki, investisiya qiymətli kağızlarla əqdlərin tam avtomatlaşdırılmasının təmin edilməsi məqsədilə həmin qanunun 23.1-ci və 91.1-ci maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında sənədli investisiya qiymətli kağızların (səhm və istiqraz) buraxılışı qadağan edilmiş, qanunun qüvvəyə mindiyi tarixdən əvvəl buraxılmış sənədli investisiya qiymətli kağızlarla əqdlərin bağlanılmasının isə yalnız həmin investisiya qiymətli kağızların sənədsizləşdirilməsindən sonra mümkün olduğu müəyyən edilib.
Həmin qiymətli kağızların emitentlərinə emissiya etdikləri sənədli investisiya qiymətli kağızların formasının dəyişdirilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsi tövsiyə olunur.
Sənədli investisiya qiymətli kağızların siyahısı əlavə olunur:
- "Muğanbank" açıq səhmdar cəmiyyətinin adsız istiqrazları;
- “Wembley Developments (Azerbaijan)” qapalı səhmdar cəmiyyətinın sənədli səhmləri;
- Bank "BTB" açıq səhmdar cəmiyyətinin sənədli səhmləri;
- “Azərbaycan Beynəlxalq Bankı” açıq səhmdar cəmiyyətinin sənədli səhmləri;
- “Başak-İnam Sığorta Şirkəti” açıq səhmdar cəmiyyətinin sənədli səhmləri;