Səhm nədir? | Banco.az

Səhm nədir?

Sərmayə şirkətlərinin səhmdarlara sərmayə paylarını sənədləşdirmək məqsədiylə verdikləri qiymətli sənədlərə səhm deyilir.

Səhm - sahibinə səhmi buraxan şirkətin, gəlirinin bir hissəsini almaq (dividend) və şirkətin idarə olunmasında iştirak etmək hüququ verir.

Səhmlər bir ortaqlığı və mülkiyyəti təmsil edir. Şirkət fəaliyyətini davam etdirdiyi müddətcə səhmlər var olur və şirkət mənfəət əldə etdiyi müddətcə dəyər qazanır. Bir səhmin sahibinə qazandırdığı gəlirə dividend deyilir. Dividend miqdarı isə səhmin bazar dəyərini dəyişdirməkdədir.

Səhmin xüsusiyyətləri:

  • Səhm sahibliyin tituludur, yəni səhmin sahibi səhmdar cəmiyyətin sahiblərindən biridir;
  • Səhmlər müddətsiz qiymətli kağızlardır, yəni səhm sahibinin hüquqları səhmdar cəmiyyətin fəaliyyət göstərdiyi müddət ərzində mövcud olur;
  • Səhm üçün məhdud məsuliyyət xarakterikdir. Belə ki, səhmdar cəmiyyətin müflisləşməsi zamanı yalnız səhmə qoyduğu vəsaiti itirir;
  • Səhmə görə hüquqlar bölünməzdir, yəni səhmə birgə sahiblik ona görə hüquqların bölünməsi demək deyildir. Həmin hüquqa malik şəxslər bir şəxs kimi çıxış edirlər.

Səhmlərin təsnifatı:

Ən sərfəli kredit üçün müraciət et

  1. Adi səhmlər – sahibinə səhmdar cəmiyyətin idarə edilməsində iştirak etmək və xalis mənfəətdən divident almaq hüququnu verən səhmdir.
  2. İmtiyazlı səhmlər – səhmdar cəmiyyətinin təsərrüfat fəaliyyətindən asılı olmayaraq səhmdarlara səhmin nominal dəyərinin sabit faizi şəklində divident almaq hüququnu verən səhmdir. İmtiyazlı səhm sahibləri dividend almaqda üstün hüquqa malikdir.
  3. Adlı səhmlər – müəyyən şəxsin adına verilmiş səhmlərdir.
  4. Təqdim edənə (adsız) səhmlər – üzərində konkret sahibinin adı olmayan və səhm təqdim edən şəxsə həmin səhm üzrə hüquqları verən qiymətli kağızdır.

Səhmlər aşağıdakı hallarda buraxılır:

  • Səhmdar cəmiyyətlə yaradıldıqda
  • Müəssisənin və ya təşkilatın səhmdar cəmiyyətlnə çevrilməsi zamanı
  • Nizamnamə kapitalının artırılması zamanı

Ən sərfəli krediti almaq üçün müraciət et