Səhm indekslərinin hesablanması | Banco.az

Səhm indekslərinin hesablanması

Səhm indeksləri hesablanma metodlarına görə qiymət çəkili indeksbərabər çəkili və bazar paylı indekslərə bölünür.

Qiymət çəkili indeks: indeksə daxil olan səhmlərin bazar qiymətləri toplanır və alınan cəmi daxil olan səhmlərin sayına (və ya sabit bir ədədə - 100) bölürlər. Növbəti periodda əldə edilən indeks dəyəri bir əvvəlki periodla müqayisə edilərək dəyişiklik hesablanır. Burada qiyməti çox olan səhmin ümumi indeksə təsiri çoxdur. Məsələn, bazarda iki şirkətin səhmi olsun: A və B. A səhminin qiyməti 20 AZN, B-ninki isə 60 AZN olsun. Deməli, indeks dəyəri (20+60)/2=40 olacaq. Göründüyü kimi, qiyməti çox olan səhmin indeks üzərində təsiri də çoxdur. Fərz edək, növbəti gün səhmlərin qiyməti dəyişir: Hər iki səhmin qiyməti olur 30. Deməli, A-nin qiyməti 10 AZN artmış, B-ninki isə 30 AZN azalmışdır. Yeni indeks belə hesablanacaq: (30+30)/2=30. İndeks təxminən 25 faiz azalaraq 40-dan 30-a düşür.

Nümunə:

 

Dow Jones ailəsinə aid olan indekslər bu metodla hesablanır. The Dow Jones Industrial Average (DJIA) – Dou-Consun sənaye şirkətlərini əhatə edən indeksidir. O, 30 ən böyük sənaye şirkətinin səhmlərini ehtiva edir. Düzdür, ora daxil olan şirkətlərin bəziləri heç də sənaye şirkətləri deyillər, amma buna baxmayaraq, indeksin tarixi adı saxlanılır. Həmin şirkətlərin hamısı beynəlxalq miqyaslı olduğundan və müxtəlif ölkələrin ərazisində fəaliyyət göstərdiklərindən, DJIA indeksi məhz Amerika iqtisadiyyatında nəyin baş verdiyini tutaq ki, “S&P-500” indeksi kimi dəqiq göstərə bilmir. Bəzən hətta iş o yerə çatır ki, DJIA və S&P-500 indekslərinin müxtəlif istiqamətlərə hərəkət etmələri müşahidə olunur. Bu durum investorları çaşdıra bilər. Buna baxmayaraq, minlərlə investisiya fondu öz investisiya portfellərini formalaşdırarkən DJİA indeksini mütləq nəzərə alırlar. Bu indeks ora daxil olan şirkətlərin səhmlərinin qiymətlərinin cəminin müəyyən əmsala bölünməsi yolu ilə hesablanır. Dou Cons indeksinin digərlərindən (S&P 500, NYSE Index , AMEX Index, NASDAQ Index) əsas üstünlüyü zamanın sınağından çıxması, aktuallığını və özünə olan təlabatı qoruyub saxlamasıdır. Səhmləri bu indeksin hesablanmasına daxil olan şirkətlər güvənli və sabit hesab olunurlar.

Ən sərfəli kredit üçün müraciət et

Bərabər çəkili indeks: Bu indeks hesablama metodunda indeksdə olan hər səhmə eyni miqdarda məbləğ investisiya edib, səhmlərin qiymət dəyişikliyi müşahidə edilir. Aşağıda qiymətləri qeyd olunan səhmlərin hər birinə 1500$ məbləğ təyin edərək dəyişikliyi izləyək. İzlədiyimiz periodun əvvəlində 1500 dollar məbləğ ilə UNTCH şirkətinin səhmlərindən 75 ədəd, ELVN səhmlərindən 30 ədəd, FBCI səhmlərindən 50 ədəd ala bilərdik.

Bazar çəkili indeks: Yuxarıda izah etdiyimiz qiymət-çəkili indeks bazardakı vəziyyəti tam əks etdirmir. Bazarda şirkətlərin ümumi dəyərini deyil, sadəcə qiymətlərini nəzərə alır. Bu baxımdan bazar dəyəri çəkili indeks daha məqsədə uyğundur. Bir səhmin bazar dəyəri səhmin birinin qiymətinin ticarət olunan səhmlərin sayına vurulması (hasili) ilə müəyyən edilir. Bu indeks hesablama metodunda indeksdəki şirkətlərin bazar dəyərindəki dəyişiklik müşahidə edilir. Fərz edək ki, A şirkətinin bazarda 1.000 səhmi var, B şirkətinin isə 100. A şirkətinin bir səhminin qiyməti 20$ olarsa, şirkətin ilkin bazar dəyəri 20000 $, B şirkətinin bir səhmi 60$ olarsa, bazar dəyəri 6000 $ olacaq. Bazar çəkili indeks belə hesablanacaq: (20.000 + 6.000) = 26.000. Növbəti periodda səhmlərin qiyməti dəyişirək hər iki səhmin qiyməti 30$ olur. Bu zaman yeni indeks belə olacaq: (30.000+3.000) = 33.000. Deməli indeks 7.000 bənd və ya 27 faiz artmışdır. İlkin dəyəri 100 olaraq götürsək, sonrakı indeks 127 olacaq.

Füzuli Əliyev. Bakı Mühəndislik Universiteti

Mənbə

Ən sərfəli krediti almaq üçün müraciət et