Səhm bazarlarında mənfi əhval-ruhiyyə yaranıb | Banco.az

Səhm bazarlarında mənfi əhval-ruhiyyə yaranıb

İki gündür dünyanın səhm bazarlarında mənfi əhval-ruhiyyə yaranıb, söhbət Almaniyanın "Deutsche Bank"ının səhmlərinin kütləvi şəkildə satışa çıxarılmasından gedir. 

Məlumata görə, buna səbəb bankın hökümət tərəfindən xilas edilməsinə, onun kapitalının artırılmasına ehtiyac olmaması barədə verilmiş açıqlamalardır. Bu açıqlamaların ardınca yerli XETRA fond birjasında "Deutsche Bank"ın səhmlərinin qiyməti ötən gün 7,62%, bu gün isə 2,55% azalaraq 10,25 avroya düşüb. 

"Focus" jurnalına müsahibəsində Almaniya kansleri Angela Merkel də hökümətin banka heç bir yardım etməyəcəyini bildirib. O deyib ki, hökümət "Deutsche Bank"ın ABŞ-la yaranan problemlərinə qarışmayacaq. 

Ən sərfəli kredit üçün müraciət et

Xatırladaq ki, ABŞ Ədliyyə Departamenti bir qədər əvvəl bəyan edib ki, bank qiymətli kağızlarla ticarət zamanı qanun pozuntularına yol verib və buna görə 14 mlrd. dollar kompensasiya ödəməlidir. "Deutsche Bank"ın isə maliyyə vəziyyəti elədir ki, onun bu məbləği ödəməsi mövcudluğuna son qoya bilər. Bu xəbər maliyyə bazarları üçün gözlənilməz olduğundan səhm bazarına buna mənfi cavab verib və fond birjası indeksləri düşməyə başlayıb. Almaniya fond birjasi XETRA imdeksi son iki gündə 2%-dən çox, ABŞ-ın "Dow-Jones" indeksi isə ötən gün 1%-ə yaxın azalıb.

Mənbə : Report.az