"Dünya iqtisadiyyatında dinamik proseslər yeni situasiyaya uyğunlaşmağı tələb edir". Bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu gün Bakıda keçirilən VII Azərbaycan-Rusiya regionlararası forumda deyib.
"Dünyada neftin qiymətinin endiyi bir şəraitdə iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün yeni perspektivlər axtarılmalıdır", - deyə səfir qeyd edib.
Diplomat bildirib ki, Azərbaycan-Rusiya regionlararası forumu gələcək əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyən etməyə kömək edəcək.
Mənbə: Apa.az