Seçkidən sonra Dollar/TL məzənnəsi necə dəyişəcək? | Banco.az

Seçkidən sonra Dollar/TL məzənnəsi necə dəyişəcək?

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq qurumların Türkiyədə seçkidən sonrakı dövr üçün məzənnə təhlilləri davam edir.

Banco.az xəbər verir ki, ABŞ-ın bankçılıq və maliyyə nəhəngi “Morgan Stanley” də Dollar/TL-nin seçki sonrası təhlilini yayımlayıb. Bank seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, türk lirəsinin dollara qarşı dəyər itirəcəyini proqnozlaşdırıb.

“Morgan Stanley” iqtisadçıları və strateqləri seçki öncəsi Dollar/TL məzənnəsində kəskin dəyişiklik gözləməsələr də, qısa müddətdə risklərin yüksəlişdə olduğunu qiymətləndiriblər.

Qurum seçkidə kimin qalib gəlməsindən asılı olmayaraq, ilk mərhələdə məzənnənin yüksələcəyini proqnozlaşdırıb.

Hazırda Dollar/TL məzənnəsi 19,25 dollara ticarət olunur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, mayın 14-də Türkiyədə prezident seçkiləri keçiriləcək.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et