Seçim sizindir - Əşyaya sərmayə qoyacaqsınız ya təcrübəyə? | Banco.az

Seçim sizindir - Əşyaya sərmayə qoyacaqsınız ya təcrübəyə?

Tərcümə etdi: Toğrul Ələkbər

ABŞ-da 35 yaşına kimi olan şəxsləri "kirayəçilər" (millennial) nəsli adlandrırlar. Bunu bir tərəfdən iqtisadi stabilliyin olmaması, uzun müddətli məsuliyyətlərin altına (misal üçün ipoteka krediti) girmə qorxusu ilə izah edirlər, digər tərədən isə bu nəslin dəyərləri də bir başqadır.

Bu nəsil uğur konseptinə yenidən baxır. Əgər əvvəllər uğurlu şəxslər evi və şəxsi nəqliyyat vasitələri olanlar sayılırdılarsa indi “hörmət” sahibləri o kəslərdilər ki, öz pulunu yeni təcrübəyə və təəssüratlara ayırırlar.

Onlar bilərəkdən böyük alış-verişdən boyun qaçırırlar və onun əvəzinə onları kirayə götürməyi üstün tuturlar. Məsələ ondadır ki, onlar çoxlu pul yox, münasib iş qrafiki, maliyyə və coğrafi azadlıq istəyirlər.
Onlar düşünürlər ki, əgər taksiylə harasa gedə bilərəmsə neynirəm avtomobili. Öz maşınımı saxlamaq daha baha gələcək.

Araşdırmalar sübut edib ki, xoşbəxtlik və hüzur əldə etmə baxımından əşyalar əldə etməkdənsə təəssüratlar əldə etmək daha uyğundur: “İnsanlara maraqlı deyil ki, siz haradan ev almısınız. Onlar eşitmək istəyir ki, son həftəsonunu siz necə gözəl şəkildə keçirmisiniz. Hətta pis təcrübə belə gözəl bir tarixçəyə çevrilə bilər. İnsanlar arasında sosial münasibət, ünsiyyət ümumən onların necə xoşbəxt olacaqlarına böyük təsir göstərir. Ona görə də çalışmalısınız ki, digər insanlarla ünsiyyətdə olasınız və çoxlu dost-tanışınız olsun. Bax özünüz bir düşünün, Sizə kiminsə paraşütdən tullanması, meşədə gecələmə hekayəsi maraqlı olar ya harada və neçə evi olması?”

Birdə ki, əldə etdiyimiz bahalı əşyalar bizi onlar barədə narahat olmağa vadar edirlər – görəsən maşınımı cızmadılar ki, görəsən evin qapısını bağladım və s. Lakin əldə etdiyiniz təcrübəni və təəsüratları indi heç kim əlinizdən ala bilməz.

Nəsillər arasında fərqin bir səbəbi də odur ki, bizim valideynlərin bizim qədər səyahət etmək imkanları yox idi. Onların bizim qədər əylənmək imkanları yox idi. Ona görə də onlar maşın - ev konsepsiyasına sərmayə edirdilər.

Ən sərfəli kredit üçün müraciət et

Seçim yenə də Sizindir - əşyaya sərmayə qoymaq ya təcrübə və biliyə