"Sberbank"ın gəlirləri artıb | Banco.az

"Sberbank"ın gəlirləri artıb

Müəllif - Aida İsaq, Banco.az

10 ayın nəticələrinə görə "Sberbank"ın gəlirləri artıb. Banco.az xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri German Qref bildirib. Belə ki, bankın gəlirləri 2022-ci ilin əvvəlindən bu yana 50 milyard rublu ötüb. Eyni zamanda, oktyabrda bank 122,8 milyard rubl gəlir əldə edib. 

“Biznes yaxşı inkişaf dinamikası nümayiş etdirir. İlin əvvəlindən pərakəndə satış portfeli 9 faiz artıb. Korporativ portfel valyutanın yenidən qiymətləndirilməsi istisna olmaqla 11,9 faiz artıb. Verilən kreditlərin aylıq həcmi 2021-ci ilin 2-ci yarısının böhrandan əvvəlki səviyyəsinə qayıdıb” deyə sədr qeyd edib.

G.Qref həmçinin bildirib ki, bank kredit portfelinin keyfiyyətini sabitləşdirib. Bununla əlaqədar hüquqi və fiziki şəxslərə verilmiş kreditlər üzrə vaxtı keçmiş borcların xüsusi çəkisi 2021-ci ilin sonundakı səviyyədən də aşağı olub.

Sədrin sentyabrın əvvəlində verdiyi açıqlamaya görə, "Sberbank" Mərkəzi Bankın yumşaltma qərarlarından asılılığı dayandırıb. Bunun üçün bütün lazımi ehtiyatları yaradıb. Bundan başqa German Qref 2022-ci ilin ikinci yarısında bankın müsbət maliyyə nəticəsi gözlədiyini proqnozlaşdırıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram