Səudiyyə Ərəbistanının milli neft şirkəti olan “Saudi Aramco” Asiyada avqust ayında çatdırılacaq partiyalar üçün neftin qiymətini qaldırıb.
Bu barədə “Bloomberg” mənbələrinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, “Arab Light” markalı neftin bir barreli üçün artım 1,2 ABŞ dolları, digər neft növləri üçün isə 1 dollar/barel təşkil edir.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı təchizat qrafikini hər ayın əvvəlində istehlakçıların müraciətlərinə əsasən tərtib edir.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!