Saudi Aramco: "Neft tələbatı kəskin artacaq" | Banco.az

Saudi Aramco: "Neft tələbatı kəskin artacaq"

Qlobal neft tələbatı kəskin artacaq.

Bu barədə Səudiyyə Ərəbistanının milli neft şirkəti “Saudi Aramco”nun baş icraçı direktoru Amin Al Nasser fevralın 26-da Londonda işə başlayan ənənəvi Beynəlxalq Neft Həftəsində (IPWEEK) deyib.

O, neft tələbatının kəskin artacağına inanır: “Tələbatdakı böyük artımın əsas hissəsinin nəqliyyat sektorunda olacağı gözlənilir. Neft sənayesinin sona çatdığına dair açıqlamalar reallıq və ya məntiqlə dəstəklənmir. Bu, bazar üzərindəki təzyiqlərin bir əksidir. Neftə olan tələbatın yenidən maksimuma çatacağına dair proqnozların şişirdildiyini düşünürəm”.

Ən sərfəli kredit üçün müraciət et

Marja

Ən sərfəli krediti almaq üçün müraciət et