“Saudi Aramco” Çinin bu şirkətində 1.5 milyardlıq pay alır | Banco.az

“Saudi Aramco” Çinin bu şirkətində 1.5 milyardlıq pay alır

Müəllif:Ayşən İmanova/Banco.az

Səudiyyə Ərəbistanının dövlət neft-qaz şirkəti “Saudi Aramco” Çinin “Hengli Petrochemical” şirkətində 1.5 milyardlıq pay almaq üçün danışıqlar aparır.

Banco.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının dövlət şirkətinin mətbuat xidməti məlumat yayıb. Təklif olunan əməliyyat lazımi yoxlamadan keçməli və tənzimləyici təsdiq almalıdır.

“Hengli Petrochemical” Çinin Liaonin əyalətində sutkada 400 min barel emal gücünə malik neft emalı zavodu və neft-kimya kompleksinə, həmçinin Jiangsu və Quangdong əyalətlərində bir sıra müəssisələrə malikdir və onları idarə edir.

Bu şirkətdə payın əldə edilməsi “Aramco”nun əsas bazarlarda aşağı axın seqmentində iştirakını genişləndirmək strategiyasına, eləcə də neft-kimya sektorunda inkişafa və neft tədarükü sahəsində uzunmüddətli müqavilələrin bağlanmasına uyğundur.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, “Hengli Petrochemical”ın Şanxaydakı səhmləri 2024-cü ilin əvvəlindən 18% artıb, şirkətin kapitallaşması 113,26 milyard yuan (15,64 milyard dollar) təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et