“Saudi Aramco” 25 milyard dollarlıq müqavilələr imzalayıb | Banco.az

“Saudi Aramco” 25 milyard dollarlıq müqavilələr imzalayıb

Müəllif:Ayşən İmanova/Banco.az

Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” qaz layihəsinin inkişafı proqramı çərçivəsində 25 milyard dollardan çox dəyərində müqavilələr imzalayıb.

Banco.az xəbər verir ki, bu barədə şirkətin saytında dərc olunmuş bəyanatında deyilir.

Dəyəri 12,4 milyard dollar olan müqavilələrin bir hissəsi Cafura qaz yatağında ikinci mərhələnin genişləndirilməsi layihəsinin həyata keçirilməsini nəzərdə tutur. 

Bundan əlavə, şirkət milli qaz sisteminin üçüncü mərhələsi olan “Master Gas System”in işə salınması üçün 8,8 milyard dollar xərcləyəcək. Genişləndirmənin üçüncü mərhələsi 2028-ci ilə qədər təxminən 4 min km boru kəmərinin quraşdırılması və 17 yeni qaz-kompressor stansiyasının tikintisi hesabına sistemin ümumi gücünün sutkada 3,15 milyard kubfut (gündə 89,2 milyon kubmetr) artacağını nəzərdə tutur.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et