Müəllif:Ayşən İmanova/Banco.az.
Səudiyyə Ərəbistanının dövlət neft şirkəti “Saudi Aramco” hökumətin iqtisadi islahatlar üçün vəsait toplamaq planının bir hissəsi olaraq səhmlərini bazara çıxarıb.
Banco.az xəbər verir ki, səhmlər ticarətin ilk saatlarında satılıb və şirkət 11,94 milyard dollar qazanc əldə edib.
İnvestorlara hər səhm üçün 26,7-29 Səudiyyə riyalı (7,1-7,73 dollar) qiymət intervalında 1,545 milyard səhm təklif edilib ki, bu da “Saudi Aramco”nun ümumi nizamnamə kapitalının 0,64%-ni təşkil edir.
Hazırda şirkətin 82%-i birbaşa ölkə hökumətinə, daha 16%-i isə dövlət investisiya fonduna məxsusdur. “Saudi Aramco”nun bazar kapitalizasiyası təxminən 1,8 trilyon dollardır.
Qeyd olunub ki, hökumət səhmlərin yeni yerləşdirilməsindən əldə edilən gəliri texnologiyaların inkişafına, o cümlədən süni intellekt, idman, turizm sahəsinə və tikinti dəyəri 500 milyard dollar olan Neom “gələcəyin şəhəri” layihəsinə investisiyalar üçün istifadə edəcək.
Bizi sosial şəbəkələrdən izləyin!!