Satış nə deyil? | Banco.az

Satış nə deyil?

Satış: Bir ehtiyacın müəyyənləşdirilməsi və ya müəyyən bir ehtiyacın aradan qaldırılması üçün qarşılıqlı fədakarlıq aktıdır.

Satıcı və alıcı arasında reallaşan bu fəaliyyət iki tərəfində maraqlarına (ehtiyaclarına) xidmət edəcək bir formada reallaşır. Qısacası: məhsul ilə ödənişin mübadiləsi, satışdır.

Lakin satışın nə olmadığını da bildirməkdə fayda var.

Satış Nə Deyil?

1 - Satış - insanları ehtiyac duymadıqları bir məhsulu almağa məcbur etmək deyildir. Əksinə doğru məhsulu təqdim edə bilmək üçün real ehtiyacı müəyyən edə bilmə sənətidir.

2 - Satış - məhsulun qiymətini söyləyib müqabilində alıb almama qərarını sorğulamaq deyildir. Əksinə istənən ödənişin qarşılığını ifadə edə bilmə sənətidir. Dəyər anlayışına hakim olmaqdır satış.

3 - Satış - məhsulu pula çevirmək üçün hər yolun halal olduğu bir sistem deyildir. Olmayacaq vədlər vermək və ya olmayanı satmaq saxtakarlıqdır. Satış, saxtakarlıqdan fərqli olaraq: doğru məhsulu, doğru şəxsə, doğru zamanda və qəbul edilə bilər bir əvəz müqabilində təqdim etməkdir.

Ən sərfəli kredit üçün müraciət et

4 - Satış - aldatmaq deyil. İnam satıla bilməz.

5 - Satış - rəqibləri qaralamaq kampaniyası deyil. Əksinə rəqiblər ilə aranızdakı fərqi doğru ifadə edə bilməkdir. Bu fərqlər: Qiymət, keyfiyyət, xidmət kimi amillər ola bilər.

6 - Satış -  dilənmək deyil. Qarşınızdakı şəxsə, pula ehtiyacınız olduğunu hiss etdirərək verdiyiniz məhsul satış deyil.

7 - Satış - demaqoqluq deyil. İnsanları danışaraq bezdirmək deyil. Satış məsləhətçiləri, tələb edilən ödənişin nəyə istinadən təyin olunduğunu və məhsulun hansı məqsədə xidmət etdiyini təqdim etmək üçün danışmalıdır. Sırf danışmaq deyil satış.

8 - Satış - tərəflər arası mübarizə deyil. Satma və satın alma əməliyyatında tərəflərdən hər hansı biri qazanıb-itirməz. Əksinə iki tərəfində qazandığı (məqsədinə çatdığı) sistemdir satış. Tərəflərdən birinin və ya hər ikisinin itirdiyi vəziyyətə, satış yerinə xəta demək daha düzgün olar.

Ən sərfəli krediti almaq üçün müraciət et