Satış haqqında bilmədikləriniz | Banco.az

Satış haqqında bilmədikləriniz

İstənilən gənc sahibkar üçün satış prosesi olduqca mürəkkəb prosesdir. Əgər siz bu prosesin başlanğıc mərhələsindəsinizsə, bu zaman siz öz işinizə və ideyanıza qəlbinizi qoyursunuz. Daha sonra insanları sizin təklif etdiyiniz məhsulu almağa inandırmalısınız. Başqa sözlə desək, sizin ideyanız onları cəlb etməlidir.

1. İnsanlar məhsulları və ya xidmətləri almırlar. Onları cəlb edən onlara çatdırmaq istədiyiniz hisslərdir.

Hisslər dedikdə, arzuolunan hisslər, üstünlük (imtiyaz), sevgi, rahatlıq, həyəcan, təhlükəsizlik, bəzən isə qorxu hissi nəzərdə tutulur.

Siz öz məhsulunuzu və ya qərarınızı bütün bu hisslər çərçivəsində qarşı tərəfə təqdim edirsiniz. Bu zaman istehlakçıların adətən hansı hisslər axtarışında olduğu fikrini nəzərdən qaçırmamalısınız. Əgər istehlakçıların bu istəyindən xəbərdar olmasanız, onların tələbatlarına cavab verən məhsul hazırlaya və bu məhsulu satışa çıxara bilməzsiniz.

Ən yaxşı üsul istehlakçı üçün əhəmiyyətli olan, eyni zamanda onun ehtiyac duyduğu məhsulu müəyyən etməkdir. Bundan sonra siz onların ehtiyaclarını qarşılayan qərarlar hazırlaya və satış prosesini düzgün şəkildə həyata keçirməklə mənfəət əldə edə bilərsiniz.

2. Məhsulların satın alınması qərarı emosional vəziyyətlərlə idarə olunur

Müştərilərə hər hansı bir məhsulu satmazdan əvvəl onların həmin anda hansı emosional vəziyyətdə olduğuna diqqət yetirmək lazımdır. Əgər müştəri kədərli və kefsizdirsə, bu zaman o, hər hansı bir məhsulun satın alınmasına dair qərar qəbul edə bilməz. Alış-veriş mərkəzlərində aıcıların sayı həddindən artıq çox olduqda, alıcılar təklif olunan məhsul haqqında hər hansı bir ideyaya sahib olmurlar. Atacağınız son addım məhsulu almaq üçün müştəriyə təzyiq göstərdiyinizə görə peşman olduğunuzu və vicdan əzabı çəkdiyinizi ona hiss etdirmək olacaqdır. Bütün bunlarla yanaşı, öz müştərilərinizlə düzgün ünsiyyət qurmaq üçün yaxş əhval-ruhiyyədə olduğunuza diqqət yetirin. Çünki öz məhsulunuzu müştərilərə təqdim edərkən yaxşı emosional vəziyyətə sahib olmasanız, bu zaman müştərilər seçimlərini dəyişə bilərlər.

Ən sərfəli kredit üçün müraciət et

3. Ünsiyyət səs tonu  və bədən dili əsasında formalaşır

Bu fikir uzun illər mövcud olmasına baxmayaraq hələ də insanları təəccübləndirməkdə davam edir. Əgər dodaqlarınız "al", bədəniniz və səsiniz "alma" deyirsə, o zaman siz fikir ayrılığı ilə üzləşməli olacaqsınız. Öz səs tonunuzu və vəziyyətinizi qeyd cihazı vasitəsilə qeydə alın. Bu zaman məhz bu şəxsdən alış-veriş edib-etməyəcəyinizi soruşun. Əgər cavabınız "yox" olsa, siz bundan sonrakı addımızını və qərarınızı müəyyən etməlisiniz. Hər gün özünüzü bir az daha inkişaf etdirmək istəyirsinizsə, səs tonunuzu və bədən dilinizi dərk edin,  Diqqətli olsanız bir neçə həftədən sonra yalnızca səs tonunuzda və bədən dilinizdə deyil, eyni zaman satış prosesində də irəliləyiş əldə etdiyinizi görəcəksiniz.

Sevinc Ibadova

Banco.az