Sardiniya adasına səyahət edən cütlük həbs oluna bilər - SƏBƏB | Banco.az

Sardiniya adasına səyahət edən cütlük həbs oluna bilər - SƏBƏB

İtaliyanın Sardinya şəhərində maraqlı "oğurluq" hadisəsi baş verib.

Banco.az xəbər verir ki, adları açıqlanmayan fransız cütlük məşhur adadan 40 kilo qum götürdükləri üçün saxlanılıb. Tutulan cütlük, Çia Çimərliyində şüşə qablara doldurduqları qumları xatirə olaraq özləri ilə aparmaq istədiklərini bildirib. Polislər isə çimərliklərdə fərqli dillərdə xəbərdarlıq nişanlarının olduğunu diqqətə çatdıraraq bunun cinayət əməli olduğunu qeyd edib. Cütlük Porto Torres limanından Fransanın Toulon şəhərinə gedən zaman nəzarətə alınıb.

Qeyd edək ki, İtaliyada 2017-ci ildə qüvvəyə minən qanuna görə qum, çınqıl və dəniz qatları ictimai ərazi olaraq qeydə alınıb. Qanunu pozanlar üçün 3000 avro cərimə və 1 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulur. İtalyan polisləri, Sardinya qumunun İnternetdə qanunsuz şəkildə satıldığını söyləyib. Bundan başqa CNN Televiziyasına bir polis məmuru isə "Sardiniya xalqı turistlərin dəniz çınqıllarını və qumunu oğurladıqlarına görə çox qəzəblidir. Bu gələcək nəsillərin mal-mülkünün oğurlanması deməkdir" deyə açıqlama vermişdi.

Ən sərfəli kredit üçün müraciət et

Aida İSAQ, Banco.az

 

 

 

 

Ən sərfəli krediti almaq üçün müraciət et