Müəllif - Aida İsaq, Banco.az
Cari ilin yanvar ayından aprelə qədər Rusiya ilə Qazaxıstan arasında ikitərəfli ticarətin həcmi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 9% artaraq 716 milyard rubla çatıb.
Banco.az xəbər verir ki, iki ölkə arasında ticarət dövriyyəsinin artması Moskvaya qarşı beynəlxalq sanksiyalar fonunda baş verib. Rusiyanın baş naziri Mixail Mişustin sözlərinə görə, keçən il qarşılıqlı ticarət 2 trilyon Rusiya rublu və ya 13 trilyon tengeyə çataraq rekord səviyyəyə yüksəlib.
Nazir həmçinin ikitərəfli ticarətin artması fonunda ölkələr üçün sənaye və maşınqayırma sektorlarında yeni istehsal güclərinin yaradılmasınin vacibliyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!